| Haqqımızda |
 |
16.05.2006-cı ildə təsis edilən “Çelsi Kapital” MMC 17.01.2007-ci ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən broker və diler fəaliyyətlərini həyata keçirmək üçün lisenziyalar almışdır.
22.01.2007-ci ildə Bakı Fond Birjasının üzvlüyünə qəbul edilmiş və həmin tarixdən qiymətli kağızlar bazarında öz fəaliyyətinə başlamışdır.
2000-dən çox fiziki və hüquqi şəxs olan müştəriyə qiymətli kağızlar bazarında broker, anderrayter və müxtəlif maliyyə və konsaltinq xidmətləri göstərən şirkətimiz sizi də qiymətli kağızlar bazarının imkanlarından və şirkətimizin xidmətlərindən faydalanmağa dəvət edir.
Azərbaycan fond bazarında həcminə görə ən böyük səhm yerləşdirmələri həyata keçirmiş şirkətimiz ən fəal və ən böyük broker şirkətlərindən biri olmaqla əsasən xidmətlərinin yüksək keyfiyyətilə fərqlənir.
Əsas fəaliyyətini müştərilərinin mənafeyinin təmin edilməsi və qorunması üzərində quran şirkətimiz korporativ müştərilərinin sayına görə də öncüllük edir. Sizə xidmət göstərən yüksək peşəkarlığa sahib mütəxəsislərimizə vəsaitlərinizi idarə etməyi də həvalə edə bilərsiniz. Qiymətli kağızlar bazarına investisiya etməklə kapitalınızı qoruya, artıra və qiymətli kağızlar bazarındakı mümkün alətlərdən istifadə etməklə fəaliyyətinizi genişləndirə və kapitalınızı artıra bilərsiniz.