| Aktivlərin idarə edilməsi |
 |
Investisiya Strategiyaları
“Сhelsea Capital” MMC şirkəti investora kapitalının idarə edilməsi çərçivəsini öz fikrinə görə müəyyən etməyə imkan yaradan beş müxtəlif investisiya strategiyası tərtib etmişdir.
İnvestorun seçdiyi strategiyadan asılı olmadan idarəçi investisiya qərarlarını emitentlərin fəaliyyəti və kredit qabiliyyəti üzrə fundamental təhlillərlə müəyyən olunan qiymətli kağızların gəlirlilik göstəriciləri,makro iqtisadi vəziyyət, habelə bazar haqqında etdiyi digər məlumatlar əsasında qəbul edir.
Strategiya №1 “KAPİTALIN QORUNMASI”
Bu strategiyanın başlıca məqsədi kapitalın qorunub saxlanmasıdır. İnflyasiya səviyyəsi nəzərə alınaraq hesablanan investisiya gəlirləri az, bəzən isə itki risklərinin azaldılması təmin olunur.
Strategiya №2 “GƏLİRLİLİK”
Bu strategiyanın əsas məqsədi öhdəliklərdən və şəxsi kapital mənbələrindəm irəli gələn fasiləsiz vəsait (gəlir) axımının təmin olunmasıdır. Bu modeli istifadə edən investor əsas vəsaitlərdəki itki risklərinə hazır olmalıdır.
Strategiya №3 “GƏLİRLİLİK/ ARTIM”
Bu strategiya cari gəlirlər üzrə borc öhdəlikləri və kapitalın artımı üzrə fondlar arasındakı balansı təmin etmək üçün tərtib edilmişdir. Bu investisiya portfelinin nisbətən tarazlaşdırılmış olmasına baxmayaraq onda istifadə edən investor əsas vəsaitlərdəki itki risklərinə hazır olmalıdır.
Strategiya №4 “MƏNFƏƏT”
Burada məqsəd müəyyən müddət ərzində cari gəlirdən ümumiyyətlə daha üstün sayılan maddi sərvətin yığılmasından ibarətdir. Bu modeldən istifadə edən investorda bazar qiymətlərinin dəyişilməsi risklərinə hazır olmalıdır.
Strategiya №5 “MAKSİMAL UZUNMÜDDƏTLİ MƏNFƏƏT”
Burada məqsəd daha uzun müddət ərzində orta səviyyədən yuxarı mənfəətin əldə edilməsidir. Burada cari gəlir mövcud olsa belə o böyük əhəmiyyət kəsb etmir. Bu modeli seçən investor mühüm mənfəət əldə etmək məqsədini güdərkən öz üzərinə eyni dərəcədə mühüm riskləri götürməyə hazır olmalıdır.