| Çelsi Kapitalın təhlili |
 |
Kapitalı 1670 manat olan bir holdinq təsəvvür edin. Sizin bu kapitalda payınız 1000 manat (60%) təşkil edir. Holdinqi siz idarə edirsiniz. Holdiq 10 şirkətdə 60% paya malik olmaqla onları idarə edir.
Hər bir şirkətin nizamnamə kapitalı 278 manat və holdinqin bu şirkətdəki payı 167 manat təşkil edir.
Holdinq 10 şirkətin hər birində 60% paya malik olmaqla cəmi 2780 manat kapitalı idarə edir. Bu o deməkdir ki, holdinqin əsas səhmdarı 1000 manat kapitalla 2780 manat kapitalı idarə edir. Öz kapitalından 2,8 dəfə çox bir kapitalı. Dünyada çox nəhəng şirkətlərin əsas səhmdarları 15-20% payla bütün şirkəti idarə edir (öz kapitalından 25 dəfə çox bir kapitalı). Digər kapital isə maliyyə bazarlarından cəlb edilir. Əsas tələb şəffaflıq və hesabatlılıqdır. Azərbaycanda bunu etmək üçün bütün infrastruktur formalaşmşdır. Sağlam və şəffaf bir holdinq üçün bunu etmək çox asandır. Mövcud kapitalınızı 2.8-ə vurmaqla biznesinizi nə qədər böyüdə biləcəyinizi təsəvvür edin.
Holdinqdə və hər bir şirkətdə 51 % pay saxlamaqla isə Siz öz kapitalınızdan 3,8 dəfə çox kapitalı idarə edə bilərsiniz.
Bu hesablamalar yalnız səhmlər nominal dəyərinə satılması halı üçündür. Təcrübədə səhmlər nominal dəyərindən dəfələrlə yüksək qiymətlərə satılır. Bu halda isə Siz həm öz kapitalınızın likvid qiymətini yüksəldə bilərsiniz və həm də idarəetməyə cəlb etdiyiniz kapitalı 5-10 dəfəyə qədər artıra bilərsiniz.
Daha geniş izahat və təcrübə nümunələri əldə etmək və prosesə başlamaq üçün mütəxəsislərimizə müraciət edə bilrsiniz.
Riski paylaşın, özünüzə çox likvid əmlak yaradın və dəfələrlə çox və tez böyüyən biznesə sahib olun.