|
| Emitentlər |
 |
Sizin fəaliyyətini təşkil etmiş bir şirkətiniz var və bu fəaliyyəti genişləndirmək üçün planınız var. Lakin mövcud vəsaitiniz buna kifayət etmir və borc kapitalının (kredit və s.) əldə edilməsinə risk etmək istəmirsiniz. Bu halda Sizin səhmdar cəmiyyəti olaraq səhmlərinizi geniş bir kütləyə satmaqla kapital toplamaq imkanınız var. Bunu etməklə Sizin kapital toplamaqla yanaşı gələcək risklərinizi paylaşmaq imkanınız yaranır. Yüksək faizli kredit götürməklə müqayisə etsək bu halda Siz hər hansı bir əmlakınızı girəv qoymaq, hər ay ödəniş etmək, gəlirinizin böyük bir hissəsini faiz ödəməyə yönləndirmək və ən əsası əldə etdiyiniz kapitalı zamanla geri qaytarmaq məcburiyyətində qalmayacaqsınız. Müəssisənin 51%-dən çoxunu əlinizdə saxlamaqla qərar qəbulunu həyata keçirə bilərsiniz. Digər tərəfdən ən azı əvvəlkindən 2 dəfə böyük bir şirkətə rəhbərlik edirsiniz və borc kapitalı da cəlb etdikdə mövcud əmlaka uyğun nəyi daha çıx cəlb edə biləcəksiniz. Qərb ölkələrinin təcrübəsində şirkətlərin böyüməsinin əsas səbəblərindən biri kütləvi səhm buraxmaq yolu ilə kapital cəlb etmək olmuşdur. Hal hazırda beynəlxalq bazarlarda səhmləri ticarət olunan şirkətlərin bir çoxunda ən böyük səhm paketinə malik olan səhmdar şirkətin 15-20%-nə malikdir.
|
|
| XƏBƏRLƏR |
 |
Societe Generale 2010-cu ildə xalis mənfəəti altı dəfə artmışdı
Wal-Mart şirkətinin 2011-ci il üçün olan maliyyə nəticələri
Toyota şirkətinin xalis mənfəəti üçüncü rüblükdə 33% aşağı düşərək 1,35 milliard dollar təşkil etmişdir.
|
|